
BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş
naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında
keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin XİN
rəhbərlərinin görüşünü təqdir edir.
Trend xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci
prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı
deyib.
“Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində
daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq
və gözləyirik.
BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri
çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid
edir”,- deyə o qeyd edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM)
tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və
hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları
iştirak edir.





























