Bakı. Trend:
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan
Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik
edib.
Trend-in məlumatına görə,
təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan Sizə və
Sizin simanızda bütün qardaş Azərbaycan xalqına səmimi
təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.
Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu
ilə inamla addımlayır, regional və beynəlxalq proseslərdə mühüm rol
oynayır.
Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında
mehriban qonşuluğa, dostluğa və qarşılıqlı anlaşmaya əsaslanan
qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan
sonra da dinamik şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan
xalqına isə sülh və tərəqqi arzulayıram”.





























