Advertisement

Bakı və Abşeronda yağış yağacaq – PROQNOZ

Bakı. Trend:

Mayın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı,gecəyə
doğru şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi
əsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 19-24° olacaq.Atmosfer
təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.Nisbi
rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar
yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Bəzi
yerlərdə arabir duman olacaq. Şərq küləyi gecə və səhər ayrı-ayrı
yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16°, gündüz 20-25°, dağlarda gecə
3-8°, gündüz 8-13° olacaq.