Advertisement

“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

Bakı. Trend:

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun
vurulacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ”
oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku
təqdim ediləcək.

Çempionun prezidenti Tahir Gözəl “Azersun Arena”da keçiriləcək
tədbirdə iştirak etməyəcək. İş adamı ölkə xaricində təşkil olunan
vacib tədbirə qatıldığı üçün çempionatın son matçında komandasının
yanında olmayacaq.

Qeyd edək ki, “Qarabağ” tarixində 11-ci çempionluğu XXX turda
təmin edib.