Bakı. Trend:
Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin
gəlirlərinin 160 milyon manatının və yaxud 0,4 %-nin mədən vergisi
üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.
Trend bu barədə Maliyyə
Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə
müqayisədə 1,1 % və ya 1,7 milyon manat çoxdur.
Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət
büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon
manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz
isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata
çatdırılacaq.



























