Advertisement

Lamiyə Vəliyeva 4-cü dəfə dünya çempionu olub

Bakı. Trend:

Azərbaycan millisinin paraatleti Lamiyə Vəliyeva dünya çempionu
olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, təmsilçimiz Yaponiyanın Kobe şəhərində
keçirilən dünya çempionatında fərqlənib.

T13 kateqoriyasında çıxış edən Vəliyeva 400 metr məsafəyə
qaçışda bütün rəqiblərini arxada qoyub. O, finişə 55,03 saniyəyə
çataraq dünya çempionu olub.

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionumuzun ümumilikdə
dünya çempionatlarında dördüncü qızıl medalıdır. Lamiyə Kobedəki
yarışın ilk günündə 100 metr məsafədə də fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Lamiyə ötən il Parisdə təşkil edilən dünya
çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal
qazanıb.