Bakı. Trend:
Rusiyada səfərbərlik tələb olunmur, Vladimir Putin bu barədə
dəfələrlə danışıb.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri
Peskov deyib.
Peskov “Faynənşl Tayms” qəzetinin Rusiyanın bu ilin sonu və ya
gələn ilin əvvəlində səfərbərliyə başlamalı olacağını iddia
etməsinə belə reaksiya verib.
“FT-nin real mənzərəni başa düşməsi ehtimalı azdır, yalnız onu
demək olar ki, bildiyiniz kimi, bizdə çox fəal şəkildə
könüllülərin, muzdluların işə cəlb olunması prosesi gedir və bu,
gündəlik olaraq baş verir. Prezident isə bir neçə dəfə deyib ki,
hərbçilərin fikrincə, belə bir səfərbərliyə ehtiyac yoxdur”, –
Kreml rəsmisi qeyd edib.





























