Advertisement

“Bayer” Almaniya Kubokunun qalibi olub

Bakı. Trend:

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

Trend-in
məlumatına görə, finalda “Kaiserslautern” və “Bayer” komandaları
üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi
ilə yekunlaşıb.

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna
1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

Qeyd edək ki, “Bayer” bu mövsüm ölkə çempionu olmağı da
bacarıb.