Bakı. Trend:
Bolqarıstan öz ərazisində “Vostok” çoxmillətli diviziyasının
qərargahının və Qara dənizdəki vəziyyətə nəzarət edəcək çoxmillətli
qərargah elementinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Trend-in
məlumatına görə, bu barədə Bolqarıstan Ordusunun Müdafiə
Qərargahının rəisi, admiral Emil Eftimov NATO Parlament
Assambleyasının Sofiyada keçirilən yaz sessiyasında çıxışı zamanı
deyib.
“Bolqarıstan Qara dəniz regionunun təhlükəsizliyində həlledici
rol oynayan NATO-nun şərq cinahının etibarlı müttəfiqidir. Biz
Avropa və qlobal təhlükəsizliyin təmin edilməsi üçün müttəfiqlərin
ümumi səylərinin həyata keçirilməsi üçün zəruri olan müdafiə
potensialımızın inkişafı üzərində işi davam etdirməyə hazırıq”, –
deyə E.Eftimov.
O qeyd edib ki, Bolqarıstan ölkə ərazisində çoxmillətli “Vostok”
bölməsi üçün qərargah və Qara dəniz üçün çoxmillətli qərargah
elementinin yaradılmasını təklif edib.





























