Advertisement

“Neftçi” Miodraq Bojoviçlə vidalaşıb – Trend.Az

Bakı. Trend:

“Neftçi” baş məşqçisi Miodraq Bojoviçlə yollarını ayırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.

Monteneqrolu mütəxəssislə başa çatan müqavilənin müddəti
uzadılmayıb. “Ağ-qaralar” 56 yaşlı mütəxəssisin rəhbərliyi ilə
Premyer Liqada mövsümü 5-ci sırada bitirib.

Qeyd edək ki, Bojoviç yanvardan “Neftçi”yə rəhbərlik edirdi.