
Bu gün Qərb ölkələrinin bəzilərinə, xüsusilə də Fransaya nəzər
salanda, bu ölkələrin necə acınacaqlı durumda olduqlarını görürük.
Buna səbəb isə həmin ölkələrə qorxaq, siyasi baxımdan cılız
ambisiyalarla yaşayan və dövlət adına hər hansı qətiyyətli addım
atmaq iqtidarında olmayan şəxslərin rəhbərlik etməsidir. Bir sözlə
həmin ölkələrdə lider böhranı yaşanır.
Bunu Trend-ə Milli Məclisin
deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, bu sırada Emmanuel Makron xüsusilə
“fərqlənir”.
“Biz Makronun timsalında qorxaq və cılız bir rəhbər, idarəçilik
qabiliyyəti sıfırın altında olan bir siyasətçi görürük. Onun
növbəti bıabırçı qorxaqlığı isə Ukrayna məsələsində ortaya çıxdı.
Bu zavallı əvvəlcə Ukraynaya yardım vəd etdi, daha sonra bir qədər
də irəli gedərək ordu yeridəcəyini dedi. Amma qorxdu və heç bir şey
etmədi. İmkanlarından artıq iddialarda olan E.Makron Rusyanın
qorxusundan 3-cü dəfədir Ukraynaya səfərini təxirə salır”, o
deyib.
V.İskəndərov vurğulayıb ki, Makron və onun kimi digər bəzi Qərb
siyasətçiləri öz qorxaqlıqlarını pərdələmək üçün gercək liderlərə
qarşı hücuma keçirlər: “Çünki onlar dünya siyasətində lider kimi
qəbul olunan nüfuzlu siyasətçilərdən çəkinir, bu liderləri
qısqanırlar. Bu kontkestdə Qərb dairələri müstəqil siyasət apararaq
öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin
mənafelərini qorumağı bacaran İlham Əliyev kimi liderlərə
qısqanclıqla yanaşır, onları qəbul etmək istəmirlər”.





























