Advertisement

Elnur Rzayev ürək əməliyyatı keçirən şəhid atasını evində ziyarət edib (FOTO)

Bakı. Trend:

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq
mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ürək əməliyyat
keçirən şəhid İlahəddin Mamedovun atası Dilamuddin Mamedovu evində
ziyarət edib. İcra başçısı şəhid atası ilə həmsöhbət olub,
Dilamuddin Mamedovun səhhəti ilə maraqlanıb.

Elnur Rzayev ailəni Novruz bayramı münasibətilə təbrik edib, xoş
arzularını çatdırıb. Vətən uğrunda canından keçən bütün
şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Qeyd edib
ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında
şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər
kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca
şəhidlərimizdə qəlblərdə əbədi yaşayacaq.

Şəhidimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, İlahəddin Mamedov ölümündən sonra “Cəsur döyüşçü”,
“Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”,
“Füzulinin azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə ” və
“Şücaətə görə” medalları eləcədə “Azərbaycan bayrağı” ordeni ilə
təltif edilib.