Bakı. Trend:
Türk Silahlı Qüvvələri Suriyanın şimalında terrorçuları
zərərsizləşdirib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə
Türkiyə Müdafiə Nazirliyi bildirib.
“Təcavüz atəşi açan terrorçulara eyni şəkildə cavab verildi.
Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında Fərat
Qalxanı bölgəsində təcavüz atəşi açan üç PKK terrorçusunu atəş
dəstək vasitələri ilə zərərsizləşdirib” – deyə nazirliyin
paylaşımında qeyd edilib.





























