Advertisement

“Remal” siklonu Banqladeş və Hindistanda 1 milyon insanı evlərini tərk etməyə məcbur edib

Bakı. Trend:

Güclü “Remal” siklonu səbəbindən Banqladeş və Hindistanda 1
milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Trend-in məlumatına görə, bu barədə “Agence France-Presse”
agentliyi xəbər verib.

Banqladeş Meteorologiya İdarəsindən bildirilib ki, fırtına yerli
vaxtla saat 20:00-da ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti
120 km/saata çatıb.

Bildirilib ki, təbii fəlakətdən əziyyət çəkən iki Cənubi Asiya
respublikasının ərazilərində milyon insan yaşayır. Onlar daha
təhlükəsiz yerlərə köçürülüblər.