Advertisement

İlkin Quliyev Alman-Azərbaycan Xarici Ticarət Palatasının Maliyyə Xidmətləri İşçi Qrupunun sədri təyin olunub

Bakı. Trend:

AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə
Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyev, Alman-Azərbaycan
Xarici Ticarət Palatasının (AHK) Maliyyə Xidmətləri İşçi Qrupunun
sədri təyin olunub.

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində
İqtisadiyyatın idarə olunması üzrə bakalavr, Böyük Britaniyanın
Nyukasl Biznes Universitetində Bank və Maliyyə üzrə magistr
dərəcələrinə yiyələnib, CİMA (Chartered Institute of Management
Accountants) sertifikatlarına malikdir.

İlkin Quliyev bankçılıqda 12 ildən çox iş təcrübəsinə malikdir,
AccessBank-dan öncə 3 müxtəlif bankda fəaliyyət göstərib və bank
sektorunda böyük təcrübəyə malikdir. Onun təcrübəsi bank sektorunun
müxtəlif sahələrin, o cümlədən, Beynəlxalq əlaqələr, Xəzinədarlıq,
VİP Bankçılıq, AML, Risklərin idarə edilməsi Strateji planlaşdırma
və layihələrin idarə edilməsi, Proseslərin optimallaşdırılması,
Təşkilati inkişaf və İnsan resurslarının idarə edilməsini əhatə
edir.

Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə
əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb.
İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında
mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və
operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin
idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və
nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş tədbirlərin
keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun
gücləndirilməsidir.

İlkin Quliyevin AHK Maliyyə Xidmətləri İşçi Qrupunun üzvlərinə
artıq təqdim edilib.