Bakı. Trend:
Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in
məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin
bölgə üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 121 km dərinlikdə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 112
km cənub-qərbdə, Yelizovski bələdiyyə rayonu ərazisində
yerləşib.





























