
Bakı. Trend:
25 – 28 mart 2024-cü ildə İspaniyanın Madrid şəhərində “Real
Madrid Foundation World Challenge” turniri keçiriləcək. Burada 16
ölkədən uşaq futbol komandaları yarışacaq. ABB-nin baş sponsorluğu
ilə turnirdə ilk dəfə Azərbaycan komandası da təmsil olunacaq.
Bütün oyunlar “Real Madrid” futbol klubunun Akademiyası
ərazisindəki meydançalarda keçiriləcək.
Turnirə qatılacaq bütün komandalar ayrı-ayrı ölkələrdə
reallaşdırılmış “Real Madrid Foundation Clinic” proqramı əsasında
seçilib. 2023-cü ilin avqustunda bu proqram ölkəmizdə də
reallaşdırılıb. ABB-nin baş sponsorluğu, Visa və Epoint
şirkətlərinin tərəfdaşlıq dəstəyi ilə həyata keçirilən proqram
çərçivəsində “Sabis Sun International School”un ərazisində futbol
düşərgəsi təşkil edilib. Ən güclü oyunçular seçilərək “Azerbaijan
Footland” komandası formalaşdırılıb.
“Real Madrid Foundation Azerbaijan Clinic” proqramının 2024-ci
ilin 24-28 iyun tarixlərində Bakıda yenidən təşkili nəzərdə
tutulur.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



























