Advertisement

DYP-dən hərəkət iştirakçılarına ÇAĞIRIŞ – Trend.Az

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi
qeyri-sabit hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət
edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə
ərazisində qeyri-sabit hava şəraitinin davam edərək ayrı-ayrı
yerlərdə yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi hazırda müşahidə olunan tozlu hava
səbəbindən görmə məsafəsinin azalmasını da nəzərə alaraq,
sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini
normadan artıq saxlamağı, yağıntılı havalarda yolların
sürüşkənliyini nəzərə almağı, avtomobilin şüşəsilənlərinin, işıq
cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, küləkli havada
avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərin
yaxınlığında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü
yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların
qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş
edir.

Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə
alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq”.