
Bakı. Trend:
Qurumuş Aral dənizinin dibinin abadlaşdırılması ilə Özbəkistanın
Ekologiya Nazirliyi, Ətraf Mühit və Ekoloji Texnologiyalar
Elmi-Tədqiqat İnstitutu, eləcə də, “Iveco Group” şirkəti məşğul
olur. Ərazinin yaşıl otlaqlara çevrilməsi nəzərdə tutulur.
Trend xarici mediaya istinadən xəbər verir ki, hazırda
abadlıq-quruculuq tədbirləri iştirakçılarının birgə səyləri
nəticəsində 10 hektar sahədə 10 minə yaxın ting əkilib.
Gələcəkdə səhra zonasında otlaqların yaradılması torpaqların
deqradasiyasının qarşısını alacaq və ətraf mühiti yaxşılaşdıracaq.
Eyni zamanda, Aral dənizinin dibindən toz qaldıran qum fırtınaları
daha az olacaq.
Özbəkistanda Aral dənizinin yerində əmələ gələn Qaraqum
səhrasının abadlaşdırılması işləri 2018-ci ildən davam edir. Burada
6 il ərzində 1,73 milyon hektar sahədə kol-kos və ağaclar əkilib.
2024-cü ildə respublika rəhbərliyi 150-200 min hektar səhra
ərazisini yaşıllaşdırmağı planlaşdırır.





























