Advertisement

Fransa Ermənistanı aktiv şəkildə silahlandırmağa davam edir

Bakı. Trend:

Fransa Ermənistanı aktiv şəkildə silahlandırmağa davam edir.

Trend
Fransanın “ForcesOperations” müdafiə media saytının məlumatlarına
istinadən xəbər verir ki, İrəvan bu yay Fransadan 20 ədəd “Bastion”
zirehli maşını alacaq.

“Ermənistana ixrac üçün 20-dən çox “Bastion” zirehli maşını
ixrac edilib. Bu, İrəvan və Paris arasında müdafiə sahəsində
əməkdaşlığın möhkəmləndirilməsinin bir hissəsi olan sazişin birinci
mərhələsidir. Analoji həcmdə ikinci partiya bu yay
göndərilməlidir”, – deyə “ForcesOperations” saytında qeyd
olunub.

Xatırladaq ki, Bastion ilkin olaraq ölkənin Afrikadakı keçmiş
müstəmləkələrindəki olan Frans qoşunları üçün nəzərdə tutulmuşdu.
Ötən ilin noyabrında Fransa KİV bu tipli zirehli maşınların
Ukraynaya pulsuz göndəriləcəyini bildirsə də, Kiyev avadanlıqların
açıq-aşkar yararsızlığına görə bu tədarüklərdən imtina edib.

Bundan sonra Paris zirehli maşınlarını Ermənistana satdı ki, bu
da onlardan qurtulmağın yeganə yolu oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun