Bakı. Trend:
Rusiya Talibanı qadağan olunmuş təşkilatlar sırasından çıxara
bilər.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya
departamentinin direktoru Zamir Kabulov məlumat yayıb.
Onun sözlərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi və
Ədliyyə Nazirliyi prezident Vladimir Putinə bildiriblər.
Kabulov bildirib ki, Rusiya XİN Talibanın qadağan olunmuş
təşkilatlar siyahısından çıxarılması ehtimalını müsbət olaraq
qiymətləndirib.
“Bu mütləqdir. Bu olmadan tanımaq barədə danışmaq tezdir. Bu
səbəbdən məsələ hazırda işlənilir. Bütün mülahizələr Rusiya ali
rəhbərliyinə məruzə olunub. Qərar qəbul edilməsini gözləyirik”, –
deyə Rusiya XİN rəsmisi bildirib.
Bundan başqa, Kabulov Rusiyanın Peterburq İqtisadi Forumunun
iştirakçıları arasında talibləri də görmək istədiyini əlavə
edib.





























