Advertisement

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Bakı. Trend:

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində,
Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa
başlayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Trend-ə
bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə,
hazırda çayda suyun səviyyəsi 589 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar
nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən
keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin
artmışdı.