Advertisement

İrəvanda etiraz aksiyasında saxlanılan bir nəfərin üzərində gözyaşardıcı qaz aşkarlanıb

Bakı. Trend:

İrəvanda etiraz aksiyasında saxlanılan bir nəfərin üzərin
gözyaşardıcı qaz aşkarlanıb.

Trend xəbər
verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, hadisə ilə bağlı cinayət işi açılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 54 yaşlı
İrəvan sakini gözyaşardıcı qazdan polislərə qarşı istifadə
edib.

Qeyd edək ki, son məlumatlara görə, İrəvanda itaətsizlik
aksiyasında iştirak edən 284 nəfər saxlanılıb.

İrəvan polisi saxlanılanlardan 273 nəfəri artıq sərbəst
buraxıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun