Bakı. Trend:
Xaçmaz rayonunun Xudat şəhərində ikimərtəbəli yaşayış binasının
2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin
mətbəxində yanğınla nəticələnən partlayış baş verib.
Trend FHN-ə istinadən xəbər
verir ki, nəticədə mətbəxin içərisində olan əşyalar qismən yanıb.
Partlayış zərbə dalğasının təsirindən mətbəxin pəncərə şüşələri
sınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

























