Advertisement

Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev
Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə
təbrik edib.

Trend-in məlumatına görə,
təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik, suverenlik, bərabərlik, ərazi bütövlüyü və
dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı qardaşlıq və dostluq zəminində yaradılmış Türk
Dövlətlərin Təşkilatının sadiq olduğu təməl prinsiplərdəndir.
Azərbaycan Respublikasının təşkilat çərçivəsində tərəfdaşlıq və
inteqrasiya proseslərinin inkişafına verdiyi töhfə nəinki üzv
dövlətlərimizdə, həmçinin bütövlükdə regionumuzda sülh, sabitlik,
təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə xidmət edir.

Əminəm ki, Sizin təşəbbüsünüz əsasında bu ilin iyul ayında Şuşa
şəhərində Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün
keçirilməsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək Sizə bir daha dərin
ehtiramımı bildirir, Azərbaycan xalqının rifahı naminə işlərinizdə
yeni uğurlar diləyirəm”.