Advertisement

Belarus və Rusiya birgə təlimlərə başlayır

Bakı. Trend:

Belarus Rusiya ilə müştərək hərbi təlimlərə başlayıb.

Trend bu barədə rus KİV-lərə
istinadən xəbər verir.

Məlumata görə, manevrlərdə əsas məqsəd dövlət əhəmiyyətli və
hərbi xarakterli obyektlərin hava hücumundan müdafiəsinin təmin
edilməsi üzrə tapşırıqların icrasıdır.

Belarusun Müdafiə Nazirlyi manevrlərin mayın 31-dək davam
edəcəyi qeyd edib.