Advertisement

Naxçıvanda Dövlət Proqramındakı tədbirlərin icrasının təşkili məqsədilə İşçi Qrupu yaradıldı

Bakı. Trend:

2023-cü il 5 iyun tarixli Sərəncam ilə təsdiq edilmiş “Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci
illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
icrasının təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər
Kabinetinin 24 may 2024-cü il tarixli Sərəncamı ilə İşçi Qrupu
yaradılıb.

Trend Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinə istinadən xəbər verir ki,
adıçəkilən Sərəncamda İşçi Qrupuna Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2023-cü il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər
üzrə Təfsilatlı Tədbirlər Planı”nda Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin əsas icraçısı olduğu hər bir tədbirin icrası
ilə bağlı görülmüş işlərə dair Nazirlər Kabinetinə aylıq hesabat
təqdim edilməsi müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, Təfsilatlı Tədbirlər Planında
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əsas icraçısı
olduğu tədbirlər üzrə icra funksiyasının yerinə yetirilməsi
Sərəncamda adları çəkilmiş dövlət orqanlarına həvalə edilib.