
Bakı. Trend:
Türkiyənin Bingöl vilayətində avtobus idarəetmədən çıxaraq
aşıb.
Trend xəbər verir ki, hadisə Bingöl-Karlıova avtomobil yolunun
Əzizan kəndi ərazisində baş verib.
Qəza nəticəsində 18 nəfər xəsarət alıb.
Xəsarət alan şəxslər xəstəxanalara çatdırılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.





























