Advertisement

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib

Bakı. Trend:

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il
təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan
atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Trend-ə DİN-in Mətbuat Xidmətinin Şəki regional
qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini
törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il
təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

Araşdırma aparılır.