Advertisement

Türkiyədə ağır yol qəzası olub

Bakı. Trend:

Türkiyənin Burdur vilayətində ağır yol qəzası olub.

Trend xəbər verir ki, Burdur-Fethiye magistralında baş verən
qəzada yük maşını ilə minik avtomobili toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hadisə yerinə yol polisi və təcili tibbi yardım briqadaları cəlb
olunub.

Faktla bağlı araşdırma aparılır.