Advertisement

Kriştiano Ronaldodan qol rekordu (VİDEO)

Bakı. Trend:

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə
Ərəbistanı Liqasında tarixə düşüb.

Trend İdman.biz
istinadən xəbər verir ki, 39 yaşlı hücumçu “Əl-İttiahad”la (4:2)
mövsümün son oyununda dubl edərək vurduğu qolların sayını 35-ə
çatdırıb.

Nəticədə 31 matçda 35 dəfə fərqlənən Ronaldo Səudiyyə Ərəbistanı
Liqasında 1 mövsümdə ən çox qol vuran futbolçu adına yiyələnib. O,
həmçinin dörd fərqli liqada (İspaniya, İtaliya, İngiltərə və
Səudiyyə Ərəbistanı) bombardir olan ilk oyunçu kimi tarixə
düşüb.