Bakı. Trend:
Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk.
Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni
Blinkenin Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə
təbrikində deyilir.
“Son 32 il ərzində təhlükəsizlik və enerji əməkdaşlığı ilə bağlı
qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq qurmuşuq. Bu sahələrdə,
eləcə də iqlim dəyişikliyi və “yaşıl” enerjiyə keçid kimi getdikcə
daha böyük önəm kəsb edən qlobal problemlərlə bağlı fəaliyyətimizi
dərinləşdirmək imkanını yüksək qiymətləndiririk.
Birləşmiş Ştatlar COP29-un Bakıda keçirilməsini alqışlayır və
COP-un uğurunu, eləcə də, uşaqlarımız və nəvələrimiz üçün daha
dayanıqlı iqlim gələcəyi təmin etmək məqsədilə Azərbaycan hökuməti
ilə sıx əməkdaşlığa ümid edirik”, – təbrikdə deyilir.





























