
Bakı. Trend:
ABŞ Rusiyanın nüvə qüvvələrini diqqətlə izləyir.
Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik
Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi
jurnalistlərə bildirib.
“Biz bunu çox diqqətlə izləyirik və strateji çəkindirici
qüvvələrimizin döyüş hazırlığının səviyyəsinin dəyişdirilməsinə
ehtiyac görmürük”, – deyə o qeyd edib.





























