Advertisement

Bakıda bu mənzillərə tələb artdı, qiymət bahalaşdı

Bakı. Trend:

Ötən ay Bakıda mənzil bazarında qiymət artımları müşahidə
olunub.

Bu barədə Trend
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, aprel ayında,
əvvəlki ayda olduğu kimi, fərdi həyət evlərinə tələbin artması
müşahidə edilib.

Fərdi evlər və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən
1.2 faiz artıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə
tələb dəyişməyib. Yaşayış binalarında olan mənzillərdə 0.7 faiz
aylıq qiymət artımları müşahidə olunub.

Qeyri-yaşayış sahələrində 0.9 faiz aylıq qiymət artımı qeydə
alınıb. Kirayə bazarında qiymətlər dəyişməyib.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-aprel aylarında isə
əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,7 faiz olub.