Advertisement

Türkiyə Milli Təhlükəsizlik Şurası Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edəcək

Bakı. Trend:

Türkiyə Milli Təhlükəsizlik Şurasının bugünkü iclasında
Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması prosesi
müzakirə olunacaq.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, iclasda terrorla mübarizə, Yaxın Şərq və
Ukraynadakı vəziyyət, eləcə də, bir sıra digər regional və
beynəlxalq məsələlərin müzakirəsi yer alacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun