
Bakı. Trend:
Bu gün işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi
ərazisində mina hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə
məlumatında deyilir.
Bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Yusubov
Hasil Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada
əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın
topuq nahiyəsindən amputasiyası olunub.
Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib.
Vəziyyəti qənaətbəxşdir

























