Advertisement

Qazaxıstan yığmamızla oyun üçün heyətini açıqlayıb

Bakı. Trend:

Qazaxıstan millisinin heyəti açıqlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, baş məşqçi Maqomed Adıyev Azərbaycanla
yoxlama oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib.

O, 28 oyunçuya dəvət göndərib.

Qapıçılar: İqor Şaskiy (“Aktobe”), Bekhan
Şayzade (“Ordabaşı”), Aleksandr Zaruzkiy (“Astana”);

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan
Boroqovskiy, Marat Bstrov (hər üçü “Astana”), Ekrik Tapalov, Roman
Asrankulov, Ruslan Valiullin (hər üçü “Tobol”), Sergey Malıy,
Temirlan Erlanov (hər ikisi “Ordabaşı”), Alıbek Kasım (“Oktobe”),
Adılxan Dobay (“Jetısu”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr
Zuev (“Arsenal”, Rusiya);

Yarımmüdafiəçilər: Asxat Taqıbergen, Baurjan
İslamxan, Aybor Abiken (hər üçü “Ordabaşı”), Maksim Samorodov,
Ramazan Orazov, Arman Kenesov (hər üçü “Aktobe”), İslambek Kuat
(“Astana”), Adılet Sadıbekov (“Kayrat”), İslam Çesnekov
(“Tobol”);

Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər
ikisi “Astana”), Abat Ayımbetov (“Adana Dəmirspor”, Türkiyə).

Qeyd edək ki, iyunun 11-də keçriiləcək Qazaxıstan – Azərbaycan
matçı Macarıstanda keçiriləcək.