
Astana. Trend:
Qazaxıstan Xarici İşlər Nazirliyi 28 May – Müstəqillik Günü
münasibətilə Azərbaycanı təbrik edib.
Trend xəbər
verir ki, təbrik Qazaxıstan XİN-in “X” platformasında dərc
olunub.
“Müstəqillik günü münasibətilə Azərbaycan Xarici İşlər
Nazirliyindən olan həmkarlarımıza ən səmimi təbriklərimizi və
qardaş Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq”, –
paylaşımda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























