
Bakı. Trend:
Litvanın müdafiə naziri Arvidas Anuşauskas istefa məktubunu Baş
nazir İnqrid Simoniteyə təqdim edib.
Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin
bəyanatında deyilir.
“Baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi
ilə bağlı müraciət alması faktını təsdiq edirik”, – bəyanatda
bildirilib.
Siyasi müstəvidə yayılan söz-söhbətlərə görə Anuşauskas Baş
nazir ilə fikir ayrılığı səbəbindən vəzifəsindən istefa vermək
qərarına gəlib. İddialara görə, Baş nazir Anuşauskasın bu həftə
səfərdə olduğu ABŞ-da verdiyi açıqlamalardan qəzəblənib.
Qeyd olunub ki, müdafiə naziri şənbə günü Litva Prezidentindən
görüş istəyib.





























