Bakı. Trend:
Almaniya bu ilin Qafqazda sülh və sabitlik üçün həlledici ola
biləcəyinə ümid edir.
Trend xəbər
verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi
Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Matias Lüttenberqin
“X” platformasındakı paylaşımında deyilir.
“Müstəqillik Gününü qeyd edən Azərbaycan xalqını təbrik edirik!
2024-cü il Azərbaycan və planetimizin iqlimi üçün mühüm ildir, belə
ki, COP29 Bakıda keçiriləcək. Bu ilin, həmçinin, Qafqazda sülh və
sabitlik üçün də həlledici ola biləcəyinə ümid edirik. Almaniya
bunu dəstəkləməyə hazırdır”, – paylaşımda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























