Advertisement

İran səfirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibəti ilə təbrik edib

Bakı. Trend:

İranın Azərbaycandakı səfirliyi Azərbaycanı 28 May – Müstəqillik
Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə İran səfirliyinin “Telegram”
sosial media hesabında qeyd edilib.

“İran İslam Respublikasının Bakıdakı səfirliyi 28 May –
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibəti ilə bütün
Azərbaycan xalqını təbrik edir, onlara sülh və rifah arzulayır”, –
deyə bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd
edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar
sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz
müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə
edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli
təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan
etdilər.
Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə
ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət
idi. Onun dövlət atributları – bayrağı, himni, gerbi qəbul edildi.
Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir
vəhdətdə idi. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya
bildi. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu
Azərbaycanı işğal etdi və respublika süquta uğradı.