Advertisement

İllər öncə həbs edilən baş redaktor yenidən tutuldu

Bakı. Trend:

“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının baş redaktoru
Surxay Əliyev yenidən həbs edilib.

Trend-in məlumatına görə, baş redaktor Daxili İşlər Nazirliyinin
Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən
saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb
etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə həbs
qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Surxay Əliyev hələ bir neçə il bundan öncə də
eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs
edilmişdi.