Advertisement

Qazaxın azad edilmiş kəndində minatəmizləmə (FOTO)

Qazax. Trend:

Xəbər verdiyimiz kimi, Qazaxın işğaldan azad olunmuş kəndlərinə
mediatur təşkil olunub.

Trend-in Qazaxa ezam olunmuş əməkdaşı xəbər verir ki, Dövlət
Sərhəd Xidmətinin (DSX) təşkilatçılığı baş tutan səfər çərçivəsində
media nümayəndələri rayonun Bağanıs Ayrım kəndində minatəmizləmə
işləri ilə tanış olublar.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km
uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan
Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı
Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2)
Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin
əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən
nəzarətə götürülüb.

FOTO: Zaur Mustafayev