Advertisement

Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələnib

Bakı. Trend:

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni
qum-çınqıl daşınmasının qarşısının alınması və aşkarlanması
istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
tədbirlər görülüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə
verilən məlumata görə, tədbirlər zamanı Nadirkənd kəndində
qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən
şəxslər müəyyən ediliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi
ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik
söhbətlər aparılıb.