Bakı. Trend:
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron İsrail
Müdafiə Qüvvələrini Rafahdakı məcburi köçkünlərin düşərgəsinə hava
hücumu ilə bağlı sürətli, hərtərəfli və şəffaf araşdırma aparmağa
çağırıb.
Trend xəbər verir ki, o, bu barədə özünün “X” sosial media
səhifəsində yazıb.
Devid Kemeron, yenidən döyüşlərə fasilə verilməsini də tələb
edib.
“Bu həftəsonu Rafaha hava hücumlarından sonra dərin kədərli
mənzərələrlə qarşılaşdıq. İsrail Müdafiə Qüvvələrinin təhqiqatı
sürətli, hərtərəfli və şəffaf olmalıdır”, – deyə o, bildirib.
Qeyd edək ki, İsrail mayın 27-nə keçən gecə Rafahda məcburi
köçkünlərin yaşadığı düşərgə ətrafına raketlər atıb və nəticədə
böyük partlayışlar baş verib. 45 nəfər həlak olub, 200-dən çox
insan isə yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu Rafahda çoxlu məcburi
köçkün fələstinlinin ölümünə səbəb olan zərbəni “faciəli qəza”
adlandırıb.





























