
Bakı. Trend:
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də oğurluq, eləcə də
digər cinayət etdikləri üçün məhkum olunmuşlar – İlqar Məlikov,
Şamil Qasımov və Adıgözəl Süleymanov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional
qrupundan Trend-ə verilən məlumata görə, A.Süleymanovdan marixuana,
digər 2 nəfərdən isə metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb, məhkəmənin qərarı ilə
hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

























