
Bakı. Trend:
Avropa İttifaqına üzvlük prossesi nəzərdən keçirilməlidir.
Trend xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı
Fondunun prezidenti Volfqanq İşinger XI Qlobal Bakı Forumunda
“Regional perspektivlər: Avropa Birliyi və qonşuları” adlı panel
iclasında çıxışı zamanı deyib.
“Bosniya və Herseqovina və digər ölkələr üzvlük üçün nə qədər
gözləməlidir? Bu o deməkdir ki, danışıqlar yolunda getmir. Bu
səbəbdən Avropa Birliyinə qəbul prosesi nəzərdən
keçirilməlidir.
Dünyada olan münaqişələr yeni çağırışlar ortaya qoyur. İndiki
Avropa birliyi keçmişdən fərqlənir. İstifadə olunan alətlər,
prosedurlar yenidən işlənməlidir”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM)
tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və
hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları
iştirak edir.





























