Advertisement

Prezident İlham Əliyev Xocalı soyqrımı haqqında: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir

Bakı. Trend:

Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu,
həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf
etməlidir, özü bizdən üzr istəməlidir.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı
şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.

“Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi
– o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər
yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa
dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu
cinayəti, hərbi cinayətini tanısın”, – deyə dövlət başçısı
bildirib.