Advertisement

Azərbaycan idmançısı beynəlxalq yarışın qalibi olub

Bakı. Trend:

Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın
dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış
keçirilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış
edərək, 5 qızıl medal qazanıb.

Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında
(5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc,
ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və
İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib
çıxıb.

Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin
şanlı səhifələrindən olan 28 May – Müstəqillik Gününə həsr etdiyini
bildirib.