
Bakı. Trend:
Avropa İttifaqı daha çox strateji düşüncəyə malik olmalıdır.
Trend xəbər verir ki, bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku XI Qlobal Bakı
Forumunda “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”
adlı panel iclasında çıxışı zamanı deyib.
“Avropa İttifaqının etibarlılığı bir sualdan asılıdır.
Qonşularına qarşı necə davranır? Avropa İttifaqı Yaxın Şərqlə bağlı
daha düzgün siyasət yürütməlidir.
Biz ilk növbədə həmrəylik göstərməliyik. Sərhədyanı əməkdaşlıq
təşviq edilməlidir. Bununla bağlı Avropa İttifaqı tərəfindən
təşəbbüs göstərilməlidir”,- deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM)
tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.
Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və
hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları
iştirak edir.





























